Kremlin ruporu şok faktı açdı: II Qarabağ müharibəsində Rusiya…

Kremlin ruporu şok faktı açdı: II Qarabağ müharibəsində Rusiya…
"Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı satıb”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə rusiyalı şərqşünas Yevgeni Satanovski çıxış edib.

O, II Qarabağ müharibəsi zamanı Ermənistan hakimiyyətinin Rusiyadan sülhməramlı fəaliyyət yox, İrəvanın tərəfindən müharibədə iştirak gözləyirdi:

"Moskva bunu məlum səbəblər ucbatından edə bilməz, çünki həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün dost dövlətlərdir. Ermənilərin bu gün Ukraynada bizim yanımızda döyüşməməsindən Rusiya təəccüblənmir. Üstəlik, əgər siz Moskvanın dəstəyini gözləyirsinizsə, buna dəyməz”.

Satanovski həmçinin Paşinyanı Qarabağı Bakıya satmaqda ittiham edib:

"Putin Paşinyandan daha çox erməni ola bilməz. Əgər suveren dövlətin rəhbəri açıq şəkildə əraziyə istənilən iddiadan imtina edirsə, Rusiya dost və qonşu olsa da, burada günahkar deyil”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az