Kritik gün: Paşinyan sabah mitinq keçirəcək, amma...

Kritik gün: Paşinyan sabah mitinq keçirəcək, amma...

Ermənistan hökuməti şənbə günü planlaşdırılan yürüşün izdihamlı olması üçün xüsusi səylər göstərir.

Miq.Az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.

Bildirilir ki, aidiyyəti qurumlara insanları avtobuslarla yürüşün başlayacağı Respublika meydanına aparmaq tapşırılıb.

Yürüşə bəzi müharibə iştirakçıları da cəlb edilib. Qeyd edilib ki, dekabrın 19-da yürüşə gəlməyəcəkləri təqdirdə onlara qarşı fərarilik faktı ilə cinayət işi açılacaq.

"Nikol Paşinyanın yürüşə rəhbərlik etməsinin iştirakçıların sayından asılı olacağını deyirlər. Bir neçə min adam toplansa, Paşinyan son anda hökumət idarəsindən enərək tərəfdarının məhz xalq olduğunu hər kəsə nümayiş etdirmək üçün yürüşə rəhbərlik edəcək. Əgər olmasa, üzrlü səbəblər əsas gətiriləcək. Hərçənd Paşinyanın atasının dəfn mərasimi bu günə — 18 dekabra təsadüf edir”, - nəşr qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az