Kürd gənclərindən Ərdoğana məktub - "Edi bese"
Türkiyədə minlərlə kürd gəncinin imzası ilə prezident Tayyib Ərdoğana müraciət məktubu göndərilib.
"Edi bese" (Artıq Kifayətdir) başlığı ilə
göndərilən məktbubda gənclər Ərdoğana dəstəklərini ifadə ediblər.
"Cənab prezident , bizlər, sülh, qardaşlıq, əmin-amanlıq və vəhdətdən yana davranış göstərən kürd gəncləriyik.
"Bizlər
bu vətəni doğma yurdu, ay ulduzlu bayrağı qəbul etmiş, ölkənin
bütövlüyünə qarşı olan terrorçuların xəyanətinə şahidlik edən,
xalqımıza zülm edən terror təşkilatının zülmünə məruz qalmış gənclərik.
Kürd gəncləri olaraq, uşaqlığı barıt qoxusunu hiss etmədən, rəngarəng
çiçəklər ilə bəzənmiş dağ ətəklərində, yaşıl bağçalarda, parklarda oyun
oynayaraq keçən, gəncliyini, gələcəyini, karyerasını, təhsilini davam
etdirən xoşbəxt insanlar, yeni nəsillər olsun istəyirik.
Sizin
və bu millətin xəyali olan Yeni Türkiyənin bir hissəsi kimi bu ölkədə
əmin-amanlıqla yaşamaq istəyən kürd gənçləri olaraq, kürd gəncliyinə
terror və ölümdən başqa bir şey vəd etməyən terrorçulara artıq bəsdir
deyirik".
Avropa.info