Lavrov Türkiyəyə gedir

Lavrov Türkiyəyə gedir
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlıq” qəzeti Prezident Rəcəb Tayyib Ərdoğana yaxın şəxsə istinadən məlumat yayıb.
 
Qəzetə danışan mənbənin sözlərinə görə, Lavrovun səfəri zamanı ikili münasibətlər, iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunacaq. 
 
Səfərin dəqiq tarixi hələlik bəlli deyil.
 
Qeyd edək ki, Türkiyə ötən il noyabrın 24-də sərhədlərini pozduğu üçün Rusiyanın Su-24 bombardmançısını vurub. Bundan sonra iki ölkə arasında münasibətlər kəskinləşib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az