“Lavrovla arada yazışırıq” – Elmar Məmmədyarov

“Lavrovla arada yazışırıq” – Elmar Məmmədyarov
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov regionda və dünyada baş verən siyasi proseslərlə bağlı "Report”-a müsahibə verib.

Miq.az xəbər verir ki, E. Məmmədyarov müsahibəsində digər xarici diplomatlarla münasibətindən söz açıb.

O, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə yaxın müsanibətinin olduğunu bildirib:"Cənab Çavuşoğlu ilə çox yaxşı münasibətlərimiz var. İndi də danışırıq. O, çox güclü və bacarıqlı diplomatdır. Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək. Eyni zamanda Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm”.

Məmmədyarov jurnalistin "xarici ölkələrin və Azərbaycanın yüksək çinli məmurları ilə münasibətiniz varmı?” sualına isə bu cür cavab verib:"İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram. Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az