"Layiqli qələbə qazandıq"

"Avropa Liqasında zəif rəqib yoxdur. "Qəbələ" ilə matç bunu bir daha sübut etdi. Oyuna yaxşı başladıq. Amma sonradan sakitləşməyimiz bizə baha başa gələ bilərdi".

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Krasnodar"ın qapışçısı Andrey Siniçin Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O,  "Qəbələ"nin yaxşı hücumçularının olduğunu bildirib:

"Onlar qarşılaşma ərzində məni və müdafiəçilərin gərginlikdə saxladılar".

A.Siniçin layiqli qələbə qazandıqlarını vurğulayıb:

"İmkanlarımızdan yaxşı istifadə etdik. Qarşıda PAOK-la çətin oyun var. Yunanıstanlı azarkeşlər son dəqiqəyə kimi komandalarına dəstək olurlar. Biz artıq "Borussiya" səddini keçmişik. PAOK-la hər iki matçda qələbə üçün oynayacağıq".

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az