Lənkəranlı şəhidin atası dünyasını dəyişdi
Lənkəran rayonu Gəgiran kəndində ikinci Qarabağ savaşı şəhidi Qalib Nuruzadənin atası Habil Nuriyev dünyasını dəyişib...
"Yəqin atası arzulayırmış ki, oğlu ordudan qayıdar, işləyər, babat bir ev tikərlər - oğlu qayıtmadı, şəhid oldu. Atanın da ürəyi dözmədi, oğlunun yanına yollandı...
Bir neçə gün qabaq şəhidin böyüdüyü bu daxmanı paylaşmışdım, onda diqqətimdən yayınmışdı - bu kənd hələ də qazlaşdırılmayıb, odun sobasının tüstüsünü siz də görürsünüz...
Bizim qaz alverçiləri isə erməni kilsələrinə pulsuz qaz verirlər..."
Bu barədə statusu iqtisadçı jurnalist Qadir İbrahim paylaşıb şəxsi feysbuk səhifəsində.
Bu şəhid atasının evinin şəkili ilə məmur villasını yanaşı 3 saat qabaq şəxsi feysbuk səhifəsində paylaşan jurnalist Aqil Alışov isə belə yazmışdı:
"Bu, şəhid evidir...Bu da məmur villası. Azərbaycan reallığı budur. Həqiqət gördüyümüz kimidir, deyildiyi kimi yox..."
Miq.Az