Lənkəranski vəfat etdi: Nəşi ölkəmizə göndərilir - Konsulluqdan açıqlama- Yenilənib

Lənkəranski vəfat etdi: Nəşi ölkəmizə göndərilir - Konsulluqdan açıqlama- Yenilənib
Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.

Türkiyədə silahlı hücum nəticəsində yaralanan, daha sonra xəstəxanada vəfat edən Rövşən Canıyevin (Lənkəranski) nəşi hələ İstanbuldadır.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

"Onun meyitinin Azərbaycana nə vaxt göndəriləcəyi mərhumun ailə üzvlərinin qərarından asılıdır", - Baş Konsulluqdan əlavə olunub.

*** 
15:35 
Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.
 
APA xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb. 
 
Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.
 
Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.
 
Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.
 
Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.
 
R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az