Ölənlərin sayı 272 nəfərə çatıb

Ölənlərin sayı 272 nəfərə çatıb
Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 272 nəfərə çatıb.
 
APA-nın "Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Rafael Korrea bildirib. "Bu say yəqin ki, əhəmiyyətli dərəcədə artacaq”, - deyə Ekvador prezidenti əlavə edib. O, zəlzələdən ən çox əziyyət çəkən Manta şəhərinə səfər edib. Hazırda xilasetmə tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, aprelin 16-da Ekvadorda baş verən 7,8 ballıq zəlzələ 1979-cu ildən etibarən ölkədə qeydə alınan ən güclü yeraltı təkan hesab edilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az