Lerik RİH-də Vətən müharibəsi iştirakçılarına vəzifə verildi

Lerik RİH-də Vətən müharibəsi iştirakçılarına vəzifə verildi

Lerik rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə təyinatlar olub.

Miq.Az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə 1974-cü ildə Lerik rayonunun Zərdəbərə kəndində anadan olmuş, 1991-1996-cı illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda "Politoloq, ali və orta təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi” ixtisası üzrə təhsili almış, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləyən Şiriyev Rahib Bağı oğlu təyin edilmişdir

R.Şiriyev 28 sentyabr 2020-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək hərbi xidmətə çağırılmış, Vətən müharibəsinin iştirakçısıdır. O, Cəbrayıl, Fizuli və Qubadlı rayonlarında hərbi xidmət keçərək döyüşlərdə iştirak etmişdir.

Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə isə 1995-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuş, 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetində riyaziyyat ixtisası üzrə bakalavr, 2018-2019-cu illərdə Gəncə Dövlət Universitetində riyaziyyat müəllimliyi ixtisası üzrə yenidənhazırlanma təhsili almış Tahirli İskəndər Afət oğlu təyin edilmişdir.

İ.Tahirli 21 sentyabr 2020-ci il tarixindən 05 dekabr 2020-ci il tarixinədək hərbi xidmətə çağırılmış, Vətən müharibəsinin iştirakçısıdır. O, Füzuli, Xocavənd və Şuşa rayonlarında hərbi xidmət keçərək döyüşlərdə iştirak etmiş, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qardaşı Tahirli Şahin Afat oğlu 07 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə  şəhid olmuşdur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az