Ləğv olunan Qafqaz Universiteti ilə bağlı yeni qərar verildi

Ləğv olunan Qafqaz Universiteti ilə bağlı yeni qərar verildi


Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə yerləşdirilməsi qərara alınıb. Söhbət onların prezidentinin 2016-cı ilnoyabrın 8-də verdiyi fərmanla yaradılanBakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsindən gedir. Qərarda həmçinin, tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

«Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin müraciəti nəzərə alınıb»,-deyə məlumatda vurğulanır.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.

Tələbələr isə ölkə başçısına və təhsil nazirinə ünvanladıqları müraciətdə keçmiş Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsinin yaradılmasını xahiş edirdilər. Bundan ötrü onlar imzatoplama kampaniyasına da başlamışdılar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az