Levon Ter-Petrosyan Şuşanın işğalı ilə bağlı Qarabağdakı tədbirlərə dəvət almadı...

Levon Ter-Petrosyan Şuşanın işğalı ilə bağlı  Qarabağdakı tədbirlərə dəvət almadı...
İşğalçı ölkənin  ilk prezidenti Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı torpaqlarında  qondarılmış separatçı-terrorçu rejimin Şuşanın işğal edilməsinin 27-ci ildönümü ilə bağlı mayın 9-da təşkil etdiyi tədbirlərə dəvət almayıb. 

Moderator.az xəbər verir ki, Ermənistan mətbuatı bu haqda L.Petrosyanın lideri olduğu Ermənistan Milli Konqresinin mətbuat katibi Arman Musinyana istinadla məlumat yayıb.

Xatırladaq ki, dünən  mayın 7-də Ermənistanın 3-cü terrorçu prezidenti Serjik Sərkisyanın artıq Qarabağa yola düşməsi haqda xəbərlər yayılıb. Ancaq onun Şuşanın işğalı ilə bağlı "rəsmi” tədbirlərə qatılıb-qatılmayacağı  dəqiq məlum deyil. 

Mayın 7-də Xankəndindəki qondarma rejimin hazırkı başçısı Bako Saakyan və  keçmiş rəhbəri Arkadi Qukasyan Ermənistanın ikinci terrorçu prezidenti Robert Köçəryanın Şuşanın işğalı ilə bağlı tədbirlərdə iştirakınıın vacibliyini vurğulayaraq  Ermənistan baş prokuroruna onun barəsində həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciət ünvanlayıb. Lakin prokurorluqdan məsələnin bu qurumun səlahiyyətində olmadığı haqda cavab gəlib.
 
1 mart hadisələrindэ günahlandırılaraq həbs edilmiş keçmiş baş nazir müavini Armen Gevorkyanı isə məhkəmə mayın 7-də azadlığa buraxaraq Qarabağa yollanmasına icazə verib.

Baş nazir Nikol  Paşinyanın sabah- mayın 9-da Azərbaycanın işğal altındakı torpaqlarına gələcəyini rəsmi mənbələr təsdiqləyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az