Leyla Əliyeva uşaq evlərinin sakinləri ilə bir arada - Fotolar

Leyla Əliyeva uşaq evlərinin sakinləri ilə bir arada - Fotolar

İyulun 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün istirahət proqramı təşkil edilib.

Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 1 saylı körpələr evi və 1 saylı uşaq evinin sakinləri ilə birlikdə şənlikdə iştirak edib.

Körpələr və uşaq evinin yeniyetmə sakinləri onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə asudə vaxtlarını keçiriblər.

Leyla Əliyeva uşaqlarla səmimi söhbət edib, onların əyləncələrinə qatılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlara müntəzəm baş çəkir, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, uşaq və yeniyetmələrin təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.

İstirahət, müxtəlif bayram və əlamətdar günlərdə əyləncələrin təşkili isə uşaqlara unudulmaz xoş anlar yaşadır./Azərtac/







Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az