LGBT qalmaqalı: "Biz hind səfirliyi önündə inək kəsə bilərik?" - Tural Abbaslı

LGBT qalmaqalı:

"Britaniya sabah Əfqanıstanda, Ərəbistanda, İraqda səfirlik açsa, belə bir bayraq qaldıra bilər? Ən azından həmin ölkələrin müsəlman ölkəsi olduğunu düşünəcəklər. Yaxud da biz gedib Hindistan səfirliyinin önündə inək kəsə bilərik?”
Bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az -a Britaniya səfirlyinin önündəLGBT bayrağının qaldırılması barədə danışarkən bildirib.
Onun sözlərinə görə, bu addım həm siyasi, həm də ictimai cəhətdən qəbuledilməzdir:
"Burada iki - ictimai və siyasi məsələ var. Britaniyanın bu addımı hər iki cəhətdən doğru deyil. Bunu ötən il, ondan əvvəlki il də edib. Səfirliyin içini necə istəsələr, bəzəsinlər. Lakin səfirliyin çölündə o bayrağı niyə qaldırırsan? Azərbaycan cəmiyyəti bu bayrağın təmsil etdiyi LGBT dəyərlərini qəbul etmir. Britaniya səfirliyi bunu nəzərə almalı, hansı ölkədə fəaliyyət göstərdiyini unutmamalıdır. Səfirliyi olan hər ölkədə istədiyi dəyərləri təmsil edə bilməz. Hər ölkənin öz dəyəri var. Səfirliklər də bu dəyərlərə hörmətlə yanaşmalıdır”.
T.Abbaslı bildirib ki, bu məsələləri tənzimləmək üçün müəyyən qadağalar qoyulmalıdır:
"Onların bu qədər rahat hərəkət etməsinin səbəbi ictimaiyyətdən bir reaksiyanın olmaması, hökumətin açıq və ya dolasıyı ilə belə addımların qəbul edilmədiyini bildirməməsidir. Vətəndaş evindən hər hansı bayraq assa, hüquq-mühafizə orqanlarının əməkdaşları yarım saat keçməmiş gələcəklər. Şəxsi mülkü, öz balkonu olduğunu izah etsə də, yenə "olmaz” deyəcəklər. Əvvəl qazilər də maşınlarına Azərbaycan bayrağ fyapışdırırdı. Onunla bağlı da qərar qəbul olundu. O zaman Britaniya səfirliyində bu rahatlıq haradandır? Bəzi ölkələrdə LGBT dəyərləri, təbliğatı qadağan olunub. Bizdə də bu cür qadağalar olmalıdır. Bu ideologiyanın təbliğatı Azərbaycanın gələcəyi üçün təhlükəlidir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az