Linzalardan istifadə edərkən nələrə diqqət etmək lazımdır? – Oftalmoloqdan açıqlama

Linzalardan istifadə edərkən nələrə diqqət etmək lazımdır? – Oftalmoloqdan açıqlama
Göz görmə qabiliyyətimizi təmin edən ən önəmli orqanlardan biridir. Zaman keçdikcə insanlarda görmə qabiliyyətinin zəifliyi müşahidə olunur.  Bu gün   görmə qüsurlarını aradan qaldırmaq üçün ən çox istifadə edilən üsullardan biri də linzalardır.  Linzaların düzgün seçilməsi göz sağlamlığı üçün çox vacibdir.  Əlbəttə ki, linzalar yalnız qüsurları, göz zəifliyini aradan qaldırmaq üçün deyil, həm də görünüş baxımından göz rəngini dəyişmək üçün istifadə olunur.  Bəs maraqlıdır, linzanın hansı növləri var, istifadə edərkən nələrə diqqət yetirmək lazımdır?

 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov bildirib ki, göz linzaları insanlar tərəfindən 2 cür istifadə oluna bilər. Gözün içərisinə əməliyyat yolu ilə həkimlər tərəfindən implantasiya olunan linzalar və gözün xaricinə, buynuz qişanın üzərinə insanların, xəstələrin özləri tərəfindən qoyulub çıxarılan linzalar: 



"Gözün içərisinə əməliyyat zamanı implantasiya olunan linzaların bir neçə növü var. Monofokal, trifokal, multifokal, torik multifokal və yaxud torik trifokal linzalar. Bu xəstənin gözünün vəziyyətindən aslı olaraq seçilir.Xaricdən,  yəni buynuz qişanın üzərinə qoyulan linzalar optiki və kosmetik olmaq şərti ilə iki yerə bölünür.  Kosmetik linzalar gözün rəngini dəyişən linzalardır, bu insanların özü tərəfindən seçilə bilir.  Optik linzalar mütləq mənada həkim-mütəxəssis tərəfindən insanlara müayinədən sonra tövsiyə olunan linzalardır”. 

Qurban İsmayılov qeyd edib ki, bütün linzalar istifadə edilməzdən əvvəl həkim-oftolmoloq müayinəsi olması vacib şərtlərdən biridir: 



"Çünki bəzi xəstələrdə buynuz qişanın üzərində olan hər hansı bir dəyişikliklər keratokonus, keratoqlobus, quru göz sindromu, sistem xəstəlikləri zamanı linzaların xəstələr tərəfindən qoyulması məqsədəuyğun sayılmır.  Linzadan istifadə edən şəxslər aseptika və antiseptika qaydalarına fikir verməlidir. Belə ki, linzanı taxan və çıxaran zaman vətəndaş əlini təmiz yumalı və istifadə etdiyi linzaların suyu və qabları tam steril vəziyyətdə olmalıdır.  Linzalar günlük, həftəlik, aylıq və illik olurlar”.



Həkimin sözlərinə görə, buynuz qişa xaricdən oksigenlə qidalanır. Linzaların  firmasından aslı olmayaraq oksigeni buraxır deyə bir reklam xarakteri daşıyan təbliğatı olsa da, linzanı taxan insanların səhər-axşam mütləq mənada lubrikantlardan, yəni göz nəmləndirici dərmanlardan(göz damcısı)  istifadə etməsi məqsədəuyğundur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az