“Lotu Quli”nin titul verdiyi “qanuni oğru” türmədə asılmış vəziyyətdə tapıldı

“Lotu Quli”nin titul verdiyi “qanuni oğru” türmədə asılmış vəziyyətdə tapıldı
Rusiyanın Perm vilayətinin 11 saylı cəzaçəkmə müəssisəsində "Maks Pioner” kimi tanınan 36 yaşlı "vor zakon” Maksim Novikov asılmış vəziyyətdə tapılıb.

Həbsxana nəzarətçilərinin səylərinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb. Kamera yoldaşlarının bildirdiyinə görə hadisədən bir neçə saat əvvəl "Maks Pioner” vəkili ilə görüşüb və "vor kimi öləcəyini” deyib. Bununla belə onun yaxın ətrafı inthar versiyasına inanmır.

Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki, "Maks Pioner” 2014-cü ildə Türkiyədə "vor” titulu alıb. Ona bu adın verilməsində həbsxanadan məşhur azərbaycanlı "vor zakon”, "Lotu Quli” kimi tanınan Nadir Səlifov da Skype vasitəsilə iştirak edib. Habelə "tacqoyma” mərasiminə "məsafədən” onun qardaşı Namiq də qatılıb. "Maks Pioner” ötən il 3 il yarım həbs cəzası almışdı. Kriminal aləmdə onun ölümünü 30 il əvvəl həbsxanada asılmış vəziyyətdə tapılan məşhur "vor” "Vasya Brillyant”ın ölümü ilə müqayisə edirlər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az