MAHNI TEATRINDA “DASTAN GECƏSİ”

MAHNI TEATRINDA “DASTAN GECƏSİ”

May ayının 13-ü axşam saat 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkil etdiyi növbəti “Dastan gecəsi” keçiriləcək. Birliyin katibi Musa Nəbioğlunun verdiyi məlumata görə, gecədə aşıqlardan Əməkdar Mədəniyyət işçisi Ağamurad İsrafilov, Ramin Qarayev, Bəhman Göyçəli və digərlərinin ifasında dastanlarımızdan parçalar səsləndiriləcəkdir. Tədbirin keçirilməsində məqsəd aşıq yaradıcılığında mühüm yer tutan dastanlarımızın təbliği və aşıqların bu sahəyə daha çox diqqət yetirmələrinə nail olunmasıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az