Makron bu həftə İlham Əliyev və Paşinyanla danışıqlar aparacağını açıqlayıb

Makron bu həftə İlham Əliyev və Paşinyanla danışıqlar aparacağını açıqlayıb
Fransa preidenti Makron Qarabağla bağlı yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.

Azpost.info bildirir ki, prezident bu barədə səfirlərin illik toplantısında çıxışı zamanı açıqlayıb.

Makron konfransda bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını deyib.

"Bu həftə mən Baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevlə danışacağam” -deyən Makron tərəflərlə Laçın yolu ilə bağlı müzakirə apacağını vurğulayıb.

"Həmçinin beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcəyik”, – deyə prezident illik konfransda çıxışı zamanı bildirib.

Toplantı Yelisey sarayının Twitter-dəki rəsmi hesabında canlı yayımla aparılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az