Maliyyə Bazarlarına Nəzarət Palatası təkzib yayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası təkzib yayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhm buraxılışı yolu ilə özəlləşdirməsi barədə təklif irəli sürməsinə dair mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.

Palatadan "Report”a bildirilib ki, bununla bağlı xəbərlər həqiqətə uyğun deyil.

"R.Aslanlının SOCAR-ın istiqrazlarının təqdimat mərasimindəki çıxışı təhrif edilərək yanlış formada ictimaiyyətə təqdim edilib” – deyə MBNP-dən bildirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az