Ziyaylılar Forumu”nun təsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyov son dövlər hakimiyyət əleyhinə kəskin ittihamları, müxtəlif mətbuat orqanlarına müsahibələri zamanı qarşıdan gələn seçkilərdə hakimiyyət dəyişikliyi olacağı haqqında açıqlamaları ilə gündəmdədir.
Uzun müddət hakimiyyətin alovlu təbliğatçılarından olmuş Rüstəm İbrahimbəyovun öz mövqeyini kəskin şəkildə dəyişməsi, birdən-birə qatı müxalifətçiyə çevrilməsi cəmiyyətdə ciddi şübhələr doğurur. Öz növbəsində Rüstəm İbrahimbəyov bunu ölkədə dəyişiklik istəməsi ilə əlaqəndirsə də, çoxları məhz xırda şəxsi maraqları təmin olunmadığına görə, bu cür mövqe ortaya qoyduğunu iddia edirlər.
Bu məqamda onu da xatırladaq ki, Rüstəm İbrahimbəyovun qardaşı, yazıçı Maqsud İbrahimbəyov da hakimiyyətin qatı tərəfdarlarından olub və parlamentdə təmsil olunub. Editor.az hazırki siyasi mövqeyi ilə tanış olmaq və qardaşının siyasi baxışları ilə bağlı ortaq olub-olmadığına dair suala cavab almaq üçün Maqsud İbrahimbəyovun öz ilə söhbətləşib.
Editor.az-a eksklüziv açıqlamasında Rüstəm İbrahimbəyovun qardaşı, keçmiş deputat Maqsud İbrahimbəyov Prezident İlham Əliyevi dəstəklədiyini söylədi: “Mən həmişəki mövqeyimdə qalıram. Düşünürəm ki, Azərbaycanın gələcəyi İlham Əliyevin adı ilə bağlıdır və bu səbəbdən Cənab Prezidentin hakimiyyətdə qalmasını arzu edirəm. Bu məqsədlə keçiriləcək seçki təbliğat kampaniyasında da iştirak etmək niyyətindəyəm”.
“Qardaşınız Rüstəm İbrahimbəyov isə hakimiyyətin dəyişməsini tələb edir. Onun bu açıqlamalarını necə qiymətləndirirsiniz?” sualımıza Maqsud İbrahimbəyov sualla cavab verdi: “Rüstəm İbrahimbəyovun neçə yaşı var?” sualına cavabımızı gözləmədən “hər halda 18-dən çoxdur” şəkilndə reaksiya verərək, bunun onun öz işi olduğunu bildirdi.
Veteninfo.az