Martirosyanın Bakıya qaçışını Novella Cəfəroğlu təşkil edib

Martirosyanın Bakıya qaçışını Novella Cəfəroğlu təşkil edib

Ermənistanda təzyiqlərə məruz "Milli Azadlıq Hərəkatı” İctimai Birliyinin sədri Vahan Martirosyanın Azərbaycana sığınmasını hüquq müdafiəçisi Novella Cəfəroğlu təşkil edib.

Vətəninfo.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında N. Cəfəroğlu bildirib ki, V. Martirosyanın təzyiqlərə məruz qalması, hamilə olan həyat yoldaşının döyülməsi haqda məlumatı ona Gürcüstandan olan hüquq müdafiəçiləri verib: "Bundan sonra, onların vasitəsilə Martirosyanın Azərbaycanda yaşaya biləcəyini dedik. Martirosyan da təklifi dəyərləndirdi və müəyyən danışıqlardan sonra Azərbaycana keçdi”.

Onun sözlərinə görə, sabah V. Martirosyanın  və həyat yoldaşının birgə mətbuat konfransı keçiriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az