Masallıda 8 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Masallıda 8 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
Masallı rayonunda 8 nəfərin ölümünə səbəb olan ağır yol qəsası ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bunu "Report”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
O əlavə edib ki, bu gün səhər saat 7 radələrində "Mercedes” markalı 99-LH-458 dövlət nömrə nişanlı mirkoavtobusla Astara istiqamətində hərəkətdə olarkən eyni istiqmətdə hərəkətdə olan "KamAZ” markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
"Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı müvafiq istintaq hərəkətləri davam edir”- deyə R.Quliyev bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az