Məhbuslar yenə əfv ediləcək -Gərgin iş gedir

Məhbuslar yenə əfv ediləcək -Gərgin iş gedir

"Ölkədə tarixi bir dəyişiklik oldu. Təbii ki, referendumdan sonra əfv sərəncamının imzalanması istisna deyil”.

Miq.az xəbər verir ki, bu barədə AzNews.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın istər tarixi hadisələri, istərsə də konstitusiya dəyişiklikləri ilə bağlı həmişə bir qayda olaraq əfv sərəncamı imzalanıb:

"Əfv birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Təbii ki, əfv olacaq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Çünki bu, prezidentin səlahiyətinə aiddir. İlin sonuna kimi yeni əfv sərəncamının olmasını arzulardıq”.

Ə. Nuriyev hazırda quruma əfvlə bağlı müraciətlərin daxil olduğunu vurğulayıb: "Komissiya üzvü kimi mənim də ünvanıma ərizələr gəlir. Məhkumları yaxınları, doğmaları tərəfindən yazılan müraciətlərə baxılır. Biz o müraciətlərin hər birini katibliyə yönəldirik. Hazırda gərgin iş gedir”.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az