Rusiyanın Petropavlovsk-Kamçatsk şəhər Prokurorluğu Rusiya vətəndaşı ilə azərbaycanlının nikahının qanunsuz olması ilə bağlı Kamçatka vilayətinin polis idarəsindən daxil olan məlumatı yoxlayıb.
Miq.az oxu.az-a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Rusiya vətəndaşı ilə 1978-ci il təvəllüdlü azərbaycanlı 2014-cü ilin oktyabrında nikaha daxil olub.
Azərbaycanlıya 2022-ci ilədək Rusiyada qeydiyyat verilib. Bu ilin yazında o, vilayətin miqrasiya idarəsinə müraciət edərək, Rusiya vətəndaşlığı almaq istəyib.
Yoxlamalar zamanı miqrasiya xidmətinin əməkdaşları onun həyat yoldaşının adını belə bilmədiyini aydınlaşdırıb.
Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin şəxslə cəmi üç dəfə görüşüb və onlar hazırda birlikdə yaşamırlar. Bildirilib ki, qadın rəfiqəsinin onu işə düzəltməsinə qarşılıq olaraq bu nikaha razılıq verib.
Məhkəmə nikahı etibarsız sayıb. Azərbaycanlı qərardan şikayət versə də, onun şikayəti qəbul edilməyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL