Məktəblərdə pul yığılmasına imkan yaradan valideynlərdir — Deputatdan qalmaqallı AÇIQLAMA

Məktəblərdə pul yığılmasına imkan yaradan valideynlərdir — Deputatdan qalmaqallı AÇIQLAMA
Məktəblərdə pul yığılmasına şərait yaradan valideynlərdir.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. 

O bildirib ki, müəllimin peşəsi layiqli vətəndaş yetişdirməkdir, bu amal uğrunda çalışan müəllim heç vaxt şagirdin, valideynin əlinə baxmaz:

"Belə direktorlar, müəllimlər var, amma buna da imkan yaradan valideynlərdir. Müəllimə hədiyyə vermək, dəstək göstərmək həmişə olub, amma bu, məcburi şəkildə həyata keçirilməyib.

Məktəb təlim-tərbiyə müəssisəsidir, hər kəs bura öz dəstəyini verməlidir. Ancaq direktorun, müəllimin uşaqdan pul istəməsi, hansısa əlamətdar günləri keçirmək bəhanəsi ilə vəsait toplaması müəllim adına yaraşmır. Biz bu məsələdə nazirliyi günahlandırmamalıyıq. Nazirlik dəfələrlə bildirib ki, məktəblərdə pul yığılması qanunsuzdur, yolverilməzdir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az