Məmmədyarov Lavrovla görüşə getdi

Məmmədyarov Lavrovla görüşə getdi

Azrəbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.

Azərbaycan XİN-in mətbuat xidmətin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.

Moskvaya səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarıi Serqey Lavrov ilə görüşəcək.

Görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq.

Bundan əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az