Məmmədyarovdan Əsədovla bağlı məsələyə reaksiya: “Yazın, Elmar müəllim dedi ki, “no comment...””

Məmmədyarovdan Əsədovla bağlı məsələyə reaksiya: “Yazın, Elmar müəllim dedi ki, “no comment...””

"Biznes imperiyası” ilə gündəmə gələn Baş nazir Əli Əsədov barədə müzakirələr davam edir. Yaxın zamanda vəzifəsindən azad ediləcəyi deyilən Ə.Əsədovun 2020-ci ildə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov barəsində məruzəsi yenidən müzakirə obyektinə çevrilib. Baş nazirin məruzəsindən sonra bu günə qədər Elmar Məmmədyarov "evdən işlədiyi” üçün vəzifəsinin öhdəsindən gələ bilməyən məmur kimi xatırlanırdısa, indi Baş nazir özü tənqid hədəfinə çevrilib.

 

Pravda.az bu barədə E.Məmmədyarovun fikirlərini öyrənməyə çalışıb.

 

Sabiq xarici işlər naziri Baş nazir barədə yazılanlarla bağlı suala gülərək belə cavab verib: ""Euronews”da yazırlar ki, "no comment”. Yazın, Elmar müəllimə sual verdik, "Euronews” kimi dedi ki, "no comment...””

 

Xatırlatma: Əli Əsədov 2019-cu ildən Baş nazir vəzifəsindədir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az