Mən də ailəmlə sığınacaqda qalmışam - İsraildəki səfirimiz

Mən də ailəmlə sığınacaqda qalmışam - İsraildəki səfirimiz
Minlərlə İsrail vətəndaşı kimi ailəm və mən də saatlarla sığınacaqda qalmalıyıq. 


Miq.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "X"da paylaşım edib. 

"Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", - deyə qeyd olunub. 

Diplomat bildirib ki, bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az