"Mənim komandama psixoloq lazım deyil"
"Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin II turunda evdə "Anderlext”I qəbul edəcək.
Vətəninfo.az xəbər verir ki, Qol.Az-ın
məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun
öncəsi keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını
cavablandırıb.
- Çoxdandır azarkeşlərimiz önündə belə oyun
keçirmək istəyirdik. Çox sürətli komandaya qarşı oynayacağıq.
"Anderlext”də həmişə ustalıq səviyyəsi yüksək olan futbolçular olur.
Buna görə də bu komandadan digər klublara səviyyəli futbolçular transfer
olunur. Çox diqqətli olmalıyıq. Bizə gəldikdə isə futbolçularımızın hər
biri məsuliyyəti dərk edir. Bilirik ki, sürətli olmasaq, bu komanda ilə
başabaş mübarizə apara bilmərik. Məncə, sabah çox maraqlı oyunun şahidi
olacaqsınız.
- Cumbinyonun meydana çıxmaq ehtimalı varmı?
- Sabahkı oyunda onun adını "18-liy”ə salmayacağıq. Amma növbəti oyunlarda ondan da istifadə edəcəyik.
- Son günlər mətbuatda "Qarabağ”ın futbolçuları arasında gərginlik olması ilə bağlı yazılar gedir. Belə bir hal olubmu?
-
Bu yazıların harda getdiyini bilmirəm. Amma belə bir şey yoxdu. Bizim
oyunlara hər biriniz gəlirsiniz. Yəqin ki, belə bir halla
raslaşmamısınız.
- "Qarabağ”ın futbolçuları qol
vurduqdan sonra psixoloji cəhətdən yaxşı durumda olmurlar. Ya özlərinə
inanmırlar, ya da arxayınlaşırlar.
- Mənə dəfələrlə belə
sual veriblər. Ola bilsin ki, hər hasnı bir idman növündə psixoloq
lazım olsun. Ancaq mənim komandama psixoloq lazım deyil. Özüm onlarla
lazımi qaydada danışıram. Nəticəyə gəldikdə isə buna normal baxıram.
Biz "Tottenhem”lə oyunda bir qol vurduqdan sonra üçünü buraxdıq,
"Mançester Siti” isə dördünü. Bunlar furbolda normal haldır. Sabahkı
oyunda da heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma
inanıram.
- Sabah "Qarabağ”ın heyətində iki hücumçu görə bilərik?
-
Bizdə nadir hallarda iki hücumçu olur. Ancaq bəzən 3-4 hücumameyilli
futbolçu ilə oynayırıq. Ola bilər ki, sabah hücumda altı hücumameyilli
futbolçu ilə çıxış etdik. Dəfələrlə bildirmişəm ki, hücum edə-edə
müdafiə olunmalıyıq. Rəqibə hücum qurmağa imkan verməməliyik.
-
Rəqibin hansısa futbolçusundan çəkinirsiniz?
-
Biz kollektiv oyuna üstünlük verəcəyik. Qeyd etdiyim kimi, rəqibin elə
oyunçuları var ki, bir anda oyunun taleyini həll edə bilər. Ancaq
çalışacağıq ki, kollektiv şəkildə uğur qazanaq.
- Sabah bir xal qazansanız, bu, sizi qane edəcək?
-
Bunu oyundan sonra desəm, daha yaxşsı olar. Çünki göstərdiyimiz oyunun
keyfiyyətindən asılı olaraq fikir bildirməliyəm ki, bu nəticə bizi qane
edir, ya da etmir.