Mənsimovdan Gürcüstan hökumətinə sərt ultimatum - “Terrorçunun heykəli götürülməsə...”

Mənsimovdan Gürcüstan hökumətinə sərt ultimatum - “Terrorçunun heykəli götürülməsə...”

Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində abidə qoyulması ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Ayrı-ayrı təşkilatlarımız mövzu ilə bağlı etirazlarını bildirməkdədirlər.

Yenicag.az xəbər verir ki, azərbaycanlı iş adamı, "Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov da Gürcüstan hökumətinin məsələyə biganə yanaşmasından narahatdır. Ancaq iş adamı bəyanatla kifayətlənməyərək, konkret addım atmaq niyyətindədir.

Əldə etdiyimiz məlumata görə, illərdir Gürcüstan iqtisadiyyatına fayda verən "Palmali”nin rəhbəri buna cavab olaraq bir sıra addımlar atmağı düşünür. Bu addımlardan biri də şirkətin Potidəki ofisinin bağlanması ola bilər. Etibarlı mənbə bildirir ki, hazırda məsələ şirkətdaxili müzakirəyə çıxarılıb.

"Palmali” şefi Mübariz Mənsimov Gürcüstan hökumətindən bu ermənipərəst addımı ortadan qaldırmağı tələb edib. Əks halda iş adamı Gürcüstandakı fəaliyyətini nəzərdən keçirəcəyini bildirib.


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az