Merkel suriyalı qaçqınların düşərgəsində

Merkel  suriyalı qaçqınların düşərgəsində

Almaniya kansleri Angela Merkel gözlənilmədən miqrasiya və qaçqınların işi üzrə Federal İdarənin Berlin şəhəri Şpandau rayonundakı bölməsini ziyarət edib.

Qərb KİV-ləri xəbər verir ki, Merkelin qəfil gəlişi miqrantların sığındığı düşərgədə canlanmaya səbəb olub. Kansleri dövrəyə alan qaçqınlar onun selfi də çəkdiriblər.

Qeyd edək ki, heç də bütün Berlin sakinləri Suriya qaçqınlarının bu ölkəyə axınından razı deyil. Belə ki, bir çoxları onlara etibar etmir. Yerli sakinlər bu ölkəyə gələn bəzi qaçqınlarla terrorçular arasında əlaqə ola biləcəyindən ehtiyat edirlər. Hətta onları İŞİD-in "Troya atı” hesab edənlər də var ("Qafqazinfo”).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az