“Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” - Rahmondan Putinə müraciət

“Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” - Rahmondan Putinə müraciət
Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmamağa çağırıb.

Xəbəri "informburo.kz" portalı yayıb.

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının sammitində Putinə müraciət edən Tacikistan Prezidenti deyib ki, ölkəsi əsas strateji tərəfdaşı olan Rusiyanın maraqlarına hörmət edir və ona hörmətlə yanaşılmasını istəyir.

O, çıxışı zamanı Sovet İttifaqının dağılmasının şahidi olduğunu da qeyd edib: "İndiki kimi biz şahidi olurduq ki, kiçik respublikalara, kiçik xalqlara diqqət yox idi. Ənənələr və adətlər nəzərə alınmırdı. Onların inkişafı dəstəklənmirdi”.

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti keçirilib. 
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az