Məşhəd ziyarətinə Azərbaycandan gediş dayandırılıb? – QMİ-dən AÇIQLAMA

Məşhəd ziyarətinə Azərbaycandan gediş dayandırılıb? – QMİ-dən AÇIQLAMA

Son vaxtlar Azərbaycanla İran arasında yaşanan gərginlik müxtəlif məsələlərdə sualların ortaya çıxmasına səbəb olub. Belə nüanslardan biri də Məşhəd ziyarətinin təşkilidir.

Hazırda sözügedən ziyarətin təşkilində vəziyyət nə yerdədir?

Qafqaz Müsəlmanları İdarəsindən Globalinfo.az-a verilən məlumata görə, ziyarətlərlə bağlı qadağa yoxdur.

"Kim istəsə, Məşhəd və Kərbəla ziyarətinə gedə bilər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bununla bağlı heç bir sənəd hazırlamır və ziyarət təşkil etmir. Bunun üçün müəyyən turizm şirkətləri var. Ziyarəti də məhz onlar təşkil edir. İraqa getmək üçün viza hazırlayır və insanları yola salırlar. Bizim qurum ildə bir dəfə böyük Həcc ziyarətini təşkil edir. Bu isə Qurban bayramından 10 gün öncə baş verir. Artıq bununla bağlı işlər aparılır. Qeyd edim ki, Məşhəd və Kərbəla ziyarəti üçün xüsusi vaxt anlamı yoxdur. Kim nə vaxt istəsə, gedə bilər”, – bildirilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az