Məşhur futbolçunun mumdan heykəli qoyulacaq - FOTOLAR

Məşhur futbolçunun mumdan heykəli qoyulacaq - FOTOLAR

Məşhurların mum heykəllərinin yerləşdiyi Berlindəki Madam Tüsso muzeyində "Real Madrid"in türk əsilli futbolçusuMesut Özilin heykəli qurulacaq. 
Veteninfo.az-ın məlumatına görə, heykəli hazırlayacaq heykəltəraş və fotoqraflar Madriddə Özilin fotolarını çəkib, bədən ölçülərini alıblar.
Heykəltəraşlar Məsut Özilin heykəlinin 2013-cü ilin iyun ayına qədər hazır olacağını bildiriblər.
Fotosessiya zamanı həyəcanlı olan Özil, "Heykəlim Berlində sərgilənəcəyi üçün çox qürurluyam" deyib.
Qeyd edək ki, Məsut Özil Franz Bekkenbauer və Oliver Kandan sonra mumdan heykəli hazırlanan üçüncü alman futbolçu olacaq.


Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az