Məşhur jurnal Makronu kor xoruza bənzətdi - FOTO

Məşhur jurnal Makronu kor xoruza bənzətdi - FOTO

Britaniyanın nüfuzlu "The Economist" jurnalında Fransadakı siyasi böhranla bağlı məqalə dərc olunub

Modern.az-ın məlumatına görə, məqalədə Makronun il ərzində 3 baş nazir itirdiyi bildirilir.

Makronun sentyabr ayında təyin etdiyi Baş nazir Mişel Barnier istefaya məcbur edilib. O, parlamentdə keçirilən səsvermədən sonra istefasını Makrona təqdim edib. Yeni baş nazir təyin edilənədək o, səlahiyyətlərinin icrasına davam edəcək.

Jurnal Baş nazirin istefasını Makronun məğlubiyyəti kimi qiymətləndirir.

Məqalənin əsas fotosunda gözü bağlı xoruzun uçuruma doğru getdiyi görünür.

Qeyd edək ki, xoruz Fransanın əsas simvollarından biridir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az