Mətanət 21 yaşlı gənci tutdurur: "Həbs etdirəcəyəm"
"Onu həbs etdirəcəyəm. O kimdi axı mənim şəxsiyyətimi, əxlaqımı təhqir etsin? Nə olsun 21 yaşı var?! Bəs tərbiyəsi yoxdur?! Mən 30 ilin sənətkarıyam. Oxuyan gündən adım sənətkar kimi təsdiqlənib. Heç kimin balasını öldürməmişəm, heç kimin uşağına şər atmamışam. Heç bir müğənninin bostanını daşlamamışam, niyə görə mən söyülməliyəm?! Hər gedən-gələn bir parça söysün, mən də bağışlayım?! Kim onun o sözlərini bağışlasa mən də bağışlaram".
Xatırladaq ki, Elsevər Mürsəlli özü də məsələ ilə bağlı azxəbər.com-a məlumat verib.
Onun dediyinə görə, buna səbəb Mətanəti təhqir etməsi olub: "Bildiyiniz kimi, bir neçə ay öncə "Space TV"də alim Əziz Musaoğlu Mətanətə "sən fahişəsən" demişdi. Mən də o kişinin sözünə istinadla status yazdım və bildirdim ki, mən həbsxanada olanda şahid olmuşdum ki, Mətanət bir dəfə də olsun bacısının yanına gəlməyib. Bu statusumu bir neçə sayt xəbərləşdirmişdi. Bundan sonra Mətanət Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənim barəmdə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməmi istədi. Prosesin hakimi Babək Pənahovdur".
E. Mürsəlli deyib ki, məhkəmə sisteminin ədalətinə inanır və Azərbaycanda söz, mətbuat, fikir azadlığı var: "Mən inanıram ki, məhkəmə ədalətli qərar verəcək. Sonuncu məhkəmə ayın 8-i saat 10:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Mətanət məni, 21 yaşlı gənci, həbs etdirməkdə qərarlıdır. O əl çəkmir. Mənim də keçən "srok"dan üzərimdə rekizivit olduğu üçün mütləq həbs düsür. Mən sadəcə istinadla fikrimi bildirmişəm, əgər Mətanət ona "fahişə" deyən alimi cəzalandırmırsa, mən niyə həbs olunmalıyam? İnanıram ki, məhkəmə ədalətli qərar verəcək".
Xatırladaq ki, Mətanət Əsədova ona "fahişə" deyən Əziz Musaoğlunu məhkəməyə versə də, sonradan iddiasını geri götürüb.
Miq.az