Mətanət İLK DƏFƏ boşanmasından danışdı

Mətanət  İLK DƏFƏ boşanmasından danışdı
Tanınmış ifaçı Mətanət İsgəndərli "ATV maqazin onlarla" verilişinin qonağı olub.  Sənətçi Bodrumda restoranda işləməsindən, boşanmasından, balalarından danışan ifaçı ona gələn biədəb təkliflərdən də danışıb: "10-cu sinifi bitirdim. Mən görmədən ərə getmişəm. Elçi gəliblər, ata-anam veriblər məni. Uzaqdan uzağa qohumumuz idi. Düzdür məcbur etmirdilər, amma mən nişanlımı 4 ay sonra gördüm. Atam icazə vermirdi. Deyirdi ki, ərə gedəndə görərsən. Amma həyat yoldaşım mənə mane olmadı ki, müğənni olum. İndi rəhmətə gedib, Allah rəhmət eləsin". 

Öz həyatını ağlayaraq danışan müğənni məyus olur:

"O zamanlar boşanma ərəfəsində idim. Heç öz evim də yox idi. Şans düşdü ki, Türkiyəyə gedim. Orada çıxış etdim. Amma bir dəfə də səhnədən aşağı düşmürdüm. Baxmayaraq ki, ehtiyacım var idi, onlar özləri pulları qaba yığıb, gətirib səhnədə mənə verirdilər. Qəpiyi-qəpiyin üstə yığıb ev aldım".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az