Mətbuat nümayəndələri Qəbələdə Ulu Öndərin abidəsini ziyarət etdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli
mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun
olaraq bu gün Qəbələdə mətbuat nümayəndələrinin və şəhər
ictimaiyyətinin iştirakı ilə regional konfrans keçiriləcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun
Mehdiyev, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun
(KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun
Amaşov və mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının
inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini
ziyarət edərək, önünə gül dəstələri düzüblər.
SİA