Metro ilə bağlı vacib açıqlama: Tam hazırıq, iyunun 1-i...
Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.
Miq.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.
"Hazırda metronun "Elmlər Akademiyası” stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq”, - deyə o, qeyd edib.
Miq.Az