Məzahir Pənahov: Səsvermə günü belə kimsə dünyasını dəyişsə, biləcəyik

Məzahir Pənahov: Səsvermə günü belə kimsə dünyasını dəyişsə, biləcəyik
Ədliyyə Nazirliyi tərəfindən seçkilərlə bağlı çox mütərəqqi layihə tətbiq ediləcək.

 

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

O qeyd edib ki, layihə imkan verəcək ki, səsvermə günü belə kimsə dünyasını dəyişsə, bilək.

 

M.Pənahov vurğulayıb ki, seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir.

 

"Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”, - deyə o əlavə edib.

 

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az