Mikayıl Cabbarov icra başçılarına qalib gələ biləcəkmi?
Vakant direktorluq yerlərini tutmaq üçün imtahan verən müəllimlərin nəzərinə
İmtahanın nəticəsindən narazı olanlardan inboksuma yazmağı xahiş edirəm. Məqsədimiz mətbuat konfransı keçirib ictimaiyyəti məlumatlandırmaqdır.
Şikayətlər bitmək bilmir. Şikayətçilər iddia edirlər ki, yüksək bal toplasalar da, rayon icra hakimiyyətlərinin göstərişi ilə yüksək bal toplamış müəllimlər üçün maneə yaradılır. Müsahibə zamanı heç bəhanə tapmayanda deyirlər ki, guya icra hakimiyyətinin şikayəti var.
Bu barədə təhsil sahəsi üzrə tanınmış ekspert Nabatəli Qulamoğlu öz feysbuk səhifəsində yazıb.
Ekspert statusunda daha sonra qeyd edir: "Müəllimlərin inboksuma yazdığı şikayətlərin mahiyyətini TN-nin sözçüsü Cəsarət Valehova telefonla çatdırdım. Məzuniyyətdə olduğu üçün növbəti həftənin 1- ci günü işə qayıdacağını deyən Cəsarət müəllim bizi məlumatlandıracağına söz verdi. Mən inanıram ki, Təhsil Nazirliyi korrupsiyalaşmış direktorların getməsində maraqlıdır. Qalır bir məsələ: M. Cabbarov icra başçılarına qalib gələ biləcəkmi?"
Miq.az