Millət vəkili Qənirə Paşayeva “Vətənpərvər gənc” mükafatına layiq görülüb

Millət vəkili Qənirə Paşayeva “Vətənpərvər gənc” mükafatına layiq görülüb

Vətəninfo.az xəbər verir ki,“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Gənclər Günündə gənclər arasında vətənpərvərlik ruhunun təbliğatında oynadıqları rola görə millət vəkili Qənirə Paşayevanı və bir sıra tanınmış şəxsi mükafatlandırıb.

“Vətənpərvər gənc”adlı mükafat millət vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva, tanınmış modelyer Fəxriyyə Xələfova, Cabir Murtuzov, İlkin Ağayev, Aidə İmamova, Fərid Şahbazlı, Hüseyn Cavadzadə, Ələddin Əliyev, Ülkər Qasımov və Nürəddin Mehdiyevə 2 fevral Gənclər Günü ilə bağlı  “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi tərəfindən “Müasir gənclik və milli şüur” mövzusunda  Atatürk Mərkəzində təşkil olunmuş dəyirmi masada təqdim olunub.

Əvvəlcə TUMİB-in üzvləri və gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

 Azərbaycandakı Atatürk Mərkəzində keçirilən tədbirdə əvvəlcə dövlət himni oxunmuşdur.

Türkiyə və Azərbaycan universitetlərində təhsil alan tələbə və məzunların iştirak etdikləri “dəyirmi masa”da TUMİB-in sədri Çingiz Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Vüqar Səlimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışmışlar.

Bildirilmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncamla hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gənclər Günü kimi qeyd olunur. Bu bayramın bütün Azərbaycan gənclərinin bayramı olduğunu deyən natiqlər bildirmişlər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanmışdır ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün daha fəal çalışır. Bu gün müasir Azərbaycan gəncliyi milli şüura malik olan, xarici dilləri bilən, intellektual səviyyəsi inkişaf etmiş, idman sahəsində öz sözünü demiş, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edən, müasir dünyagörüşü formalaşan gənclikdir. Müasir gənclik, eyni zamanda, vətənpərvər, millətini, xalqını, ana dilini sevən, tarixini və mədəniyyətini bilən təhsilli gənclikdir.

Millət vəklili Qənirə Paşayeva çıxışında  gənclərə Vətənimizə sahib çıxmağı, dilimizi qorumağı, sosial şəbəkələrdə Azərbaycanın gerçəklərini, tarixini, mədəniyyətini dünyaya tanıtmağı tövsiyyə etdi.

Digər çıxış edənlər də düşmən tapdağı altındakı torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz tərəfindən tezliklə azad olunacağına inam ifadə etmişlər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az