Milli Məclisinin payız sessiyasının vaxtı məlumdur
Milli
Məclis bu il avqustun 30-da tətilə yekun vuracaq və deputatlar iş
başında olacaqlar.
Komitə iclasları sentyabrın 15-dən başlayacaq. Qanunvericilik orqanın
ilk plenar iclası isə sentyabrın 30-da baş tutacaq. Bu, Azərbaycan
Parlamentinin IV çağırışda son sessiyası olacaq.
Bu il mayın 29-da Milli Məclisin yaz sessiyası işini başa çatdıraraq
tətilə çıxıb. Yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun
qəbul olunub. Bu müddət ərzində 70-dək nümayəndə heyəti 30-a yaxın
ölkədə səfərdə olub.
Bu il noyabrın 1-də Milli Məclisə V çağırış seçkilər keçiriləcək.
Vətəninfo.az