Milli Şura 2 noyabr aksiyasını ləğv etdi

Milli Şura 2 noyabr aksiyasını ləğv etdi

Demokratik Qüvvələrin Milli Şurası (MŞ) noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv edib.

Miq.Az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli "Azərbaycan Saatı" verilişində məlumat verib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun "28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli bu gün Vaşinqtondan müraciət yaydı və icazəsiz aksiyanın təxirə salınmasını ilk olaraq təklif etdi. Onun ardınca Müsavat Partiyasının başqanlığına namizəd olmuş Yadigar Sadıqlı Milli Şura sədrinin bu addımı doğru addım saydı və o da bu təklifin məqbuluna səs verdiyini açıqladı. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az