Vətəninfo.az xəbər verir ki, ötən gün İtaliyada qadın voleybolçular arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 24 komandanın iştirakı ilə keçirilən mundialda Azərbaycan millisi ilk qarşılaşmasında Yaponiya ilə üz-üzə gəlib. D qrupunda yer alan və Bari şəhərində oynayan Aleksandr Çervyakovun yetirmələrinin qələbə qazanması heç də asan olmayıb. Zədə problemi səbəbindən İtaliyada tam heyətlə oynaya bilməyən komandamız əsasən gənclərə bel bağlayıb ki, bu da ilk görüşdə öz bəhrəsini verib.
İlk seti 3 qat dünya çempionlarına verən voleybolçularımız 2-ci hissəni xeyrinə tamamlayıb. 3-cü setdən də məğlub ayrılan qızllarımız növbəti hissəni qazanmağı bacarıblar. Tay-brek daha yaxşı oynayan yığma komandamız asiyalıları 15:9 hesabı ilə üstələyiblər. Beləliklə, millimiz mundiala qələbə ilə başlayıb.
Qrupumuzun açılış matçında isə Çin Puerto-Rikanı sınağa çəkib. Oyun asiyalıların asan qələbəsi ilə başa çatıb. "Rabitə"nin voleybolçusu Aurea Kruzun da şərəfini qoruduğu Puerto-Rika rəqibinə yalnız ilk hissədə ciddi rəqabət göstərə bilib. Çin son 2 hissədə isə asan qələbə qazanaraq, mundiala 3 xalla başlayıb.
I turun son qarşılaşmasında Kuba Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi rəqibinə heç bir şans verməyib – 0:3.
23 sentyabr
Bari
D qrupu
YAPONİYA – AZƏRBAYCAN - 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)
KUBA - BELÇİKA - 0:3 (15:25, 12:25, 16:25)
ÇİN – PUERTO-RİKO - 3:0 (25:23, 25:18, 25:20)
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ