Minsk qrupu gərginliklə bağlı sabah görüş keçirəcək - Ştaynmayer təsdiqlədi

Minsk qrupu gərginliklə bağlı sabah görüş keçirəcək - Ştaynmayer təsdiqlədi
"Minsk qrupu qondarma Dağlıq Qarabağ Respublikasında baş verən gərginliklə bağlı aprelin 5-də Vyanada görüşəcək”.

"Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

Onun sözlərinə görə, görüş səfirlər səviyyəsində keçiriləcək.

Xatırladaq ki, daha öncə Fransa mətbuatı görüşün aprelin 5-də Vyanada keçiriləcəyi ilə bağlı məlumat yaymışdı.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az