Miqrantlar AZAL-ın təyyarəsini gecikdirdi

Miqrantlar AZAL-ın təyyarəsini gecikdirdi

Rusiyanın şimal paytaxtı hesab edilən Sankt Peterburqdan Bakıya uçan təyyarə reysi ləngiyib.
 
Miq.az anspress-ə istinadən xəbər verir ki, buna səbəb isə Pulkova hava limanında miqrantlarla bağlı yaranan problem olub. Söhbət Rusiya ərazisində qalma şərtlərini pozan azərbaycanlı miqrantlardan gedir.

Bakı təyyarəsi nəzərədə tutulan vaxtdan bir saat gec uçmalı olub. 

Sərnişinlərin sözlərinə görə, Azərbaycan hava Yollarına məxsus təyyarə saat 22:55-də (Rusiya vaxtı ilə) havaya qalxmalı idi. Lakin miqrantların yola salınması ilə bağlı bürokratik əngəllər reysi gecikdirib.

Miqrantları Cəzaların İcrası Federal Xidmətinin əməkdaşlar müşayiət ediblər. Onlar biletlərin alınması və minqrantları birbaşa təyyarəyə kimi yola salmağa məsuldurlar. "Bu proses isə bir saata yaxın davam edib. Bu zaman digər sərnişinlər təyyarədə oturublar". 

Nəticədə AZAL-a məxsus А-319 təyyarəsi gecikmə ilə havaya qalxıb. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az