Ortada Azərbaycanın dövlət müstəqilliyi var və istiqlal əmanətiz var. Və biz bu əmanəti qorumalıyıq.
Azəbaycanın “Qarabağ” futbol klubumunun Ukraynadan gətirdiyi qələbəyə mən Azəbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun tərkib hissəsi, bir yarımstansiyası kimi yanaşıram. Qurban Qurbanovla məşq zamanı görüşdüm. O, futbolçularını, daha doğrusu döyüşçülərinin yeni döyüşə, yeni görüşə hazırlayırdı.
Mir Şahin: Qurban müəllim Sizi uğur münasibəti ilə Azərbaycan tamaşaçıları adından, içində özüm də olmaqla təbrik edirəm. Siz komanda ilə çıxdınız – artıq belə bir söz var Biləcərdən o yana. Çoxdandır ki, “Qarabağ” komandası Biləcərdən o yana çıxıb. Artıq buna komandanın futbolçularına müştəri gözü ilə baxanlar çoxdur. Bu kollektivi bir yerdə saxlamaq imkanınız nə qədərdir?
Qurban Qurbanov: İlk öncə təbriklərə görə təşəkkür edirəm. Futbolçulara gəldikdə onların hər birinin bizimlə müqaviləsi var, çoxu uzun müddətlidi. Belə bir problemimiz yoxdu. Amma digər tərəfdən, əgər normal bir klublardan futbolçulara belə bir təklif gəlsə, nəticəni dəyərləndirərik. Çünki futbolçularımızın belə bir klubdan gedib, digər yaxşı klublarda oynaması düşünürəm ki, həm klub, həm də Azərbaycan futbolunun xeyirinə olar. Çünki kənar klubların və kənar dövlətlərin bizim futbol bazarına girməsi məncə lazımdır və biz də bunu gözləyirik. Başqa isə hər bir futbolçunun müqaviləsi var və bu sahədə cidddi bir problemimiz yoxdur.
Mir Şahin: Bunların yerinə bizim alternativlərimiz varmı? Onları əvəz edə biləcək layiqli oyunçularımız varmı?
Qurban Qurbanov: Bu gün bizim klubumuz böyük klublardan deyil. Azərbaycan reallığına baxsaq həqiqətən bu gün bizdə daima çatışmamazlıqlar var. Daima oyunçu qıtlığı var, o cümlədən də Azərbaycanlı oyunçuların çatışmamazlığı var. Amma son vaxtlar 4-5 nəfər gənc futbolçu komandamıza dəvət etmişik, hansı ki, perespektivli futbolçulardı. Biz çalışırıq ki, onları Avropa oyunlarına buraxaq ki, təcrübə toplasınlar. Belə desəm ki, bu gün hansısa bir güclü futbolçumuzu götürüb aparsalar, yəni onun yerinə biz ona layiq bir futbolçu qoya bilərik? Bu biraz çətin olar. Amma düşünürəm ki, ümumən o qədər də işimiz pis getməz. Eyni zamanda futbolçu o zaman gedə bilər ki, transfer pəncərəsi açıq olsun. Bizdə isə transfer pəncərəsi yayda, bir də qışda olur. Həmin futbolçu getdiyi zaman isə lazım olsa, biz onun yerini dıgər bir futbolçu ilə doldura bilərik.
Mir Şahin: Tutaq ki, yaxşı komandalar, yaxşı futbolçulara müştəri çıxırlar. Bəs yaxşı məşqçiyə müştəri çıxsalar nə edəcəyik?
Qurban Qurbanov: Reallığa baxsaq bu gün Azərbaycandan bir o qədər, nə futbolçumuz, nə də məşqçimiz var. Aparıcı futbol klublarını isə bu bir o qədərdə marqlandırmır. Azərbaycan futbolunun inkişafı son vaxtlar digər ölkələrdə tanınmağa başlayıb. Hələlik buna maraq yoxdur. Amma belə bir kiçik qələbələrlə Avropa klublarında təklif gəlməsini gözləyirəm desəm? Bu mənim işimə mane ola bilər. Sadəcə olaraq təkliflər yalnız böyük uğura imza atmış məşqçilərə gələ bilər. Biz hələ indi başlamışıq. Birdən-birə biz o barədə düşünsək mənə elə gəlir ki, bu reallıq olmaz. Düşünürəm ki, burda işlərimizi daha düzgün qurmalıyıq və daha yaxşı komanda yaratmalıyıq.
Mir Şahin: Berti Foqts getdi. Münasibətiniz necədir onun gedişinə? Ümumiyyətlə onun faliyyətini necə qiymətləndirirsiniz bir həmkar olaraq. Siz də komanda çalışdırırsınız, o, da çalışdırıdı?
Qurban Qurbanov: Mən onun getməyinə normal baxıram. Bu hər birimizi gözləyən bir addımdır. Buna cavabdeh olan qurum isə AFFA-dı. Hansı ki, milli komanda tam AFFA-nın nəznindədir. Hər halda onlar da istəyirlər ki, milli komandamız daha yaxşı nəticələr əldə etsin. Onun yerinə kim gələcəksə, ondan uğur gözləyəcəyik. Çunki milli komanda hamımızındır. Nə qədər yaxşı nəticələri olsa, hamımız sevinəcəyik.
Mir Şahin: Komandanın məqsədi nədir? Qrupdan çıxırıq?
Qurban Qurbanov: Hazırda şansımız pis deyil. Oyundan sonra mən qeyd etmişdim ki, biz bu gün ikinci yeri düşünsək qalıb gələ bilmərik. Bizi Bakıda ağır oyun gözləyir. Bizim yenidən qarşılaşaçağımız komandan böyük təcrübəyə malikdir. Onlar çalışacaqlar ki, maksimum nəticə əldə etsinlər.Biz isə çalışacağıq ki, orda buraxdığımız səhvləri burda təkrarlamayaq. Bu oyun qrupun ən ağır oyunu olacaq bizim üçün.
Mir Şahin: Uğurlar arzu edirəm Qarabağımıza! Allah köməyiniz olsun! Çoxsağ olun təşəkkür edirəm.
Bilirziz Qurban Qurbanovdan mənim diqqətimi nə cəlb elədi? Soyuqqanlılıq. Onun soyuqqanlılığı heç də bu payız havası ilə bağlı deyildi. Onun soyuqqanlılığı öz idmançılarına, öz oyunçularına olan etibardan və inamdan qaynaqlanırdı. Qurban Qurbanovun soyuqqanlılığını sabah Azərbaycan vətəndaşlarının elə Qurban Qurbanovun bəlkə də komandasında bu saat oynuyan Azərbaycan vətəndaşların istiqanlığı da əvəz edə bilər – səngərdə, döyüşdə.