Misir Mərdovun qardaşının istirahət mərkəzi yandı - Foto

Misir Mərdovun qardaşının istirahət mərkəzi yandı - Foto
Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Əli Mərdanova məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Miq.az Lent.az-a istinadən xəbər verir ki, yanan istirahət mərkəzinin sahibi Əli Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Əli Mərdanov əvvəllər Şabran Rayon Polis Şöbəsinin rəisi olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az