MKİ Con Kennedinin məxfi sənədlərini dünyaya açıqlayacaq
MKİ (CİA) ABŞ prezidentləri Con Kennnedi və Lindon Consun fəaliyyətlərinə dair məxfi sənədləri dərc edəcək.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, sənədlər ölkənin birinci adamlarına Vyetnam böhranına,
Karib böhranına verdiyi reaksiyanı müəyyəne tməyə imkan verəcək.
"Politico” jurnalı yazır ki, Texas ştatının paytaxtı Ostin şəhərində
keçiriləcək mətbuat konfransında 2500 sənəd açıqlanacaq.
Bu
sənədlərdən məxfi qrifinin götürülməsi MKİ-nin illərlə tutduğu mövqedən
əl çəkməsi deməkdir. Əvvəllər hesab edirdilər ki, hətta köhnə sənədlər
belə vacib dövlət qərarlarının qəbul olunmasına təsir edə bilər.
Milli
Təhlükəsizlik Şurasının Ağ Evdəki nümayəndəsi Dome Ned Preys deyir ki,
sənədlərdən məxfiliyin götürülməsi prezident Barak Obamanın xidmətidir.
O, şəxsən məxfi qrif altında tutulan sənədlərin ictimaiyyətə açıqlanması
göstərişi verib.